AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Ekologiya və Təbii Ehtiyatlar İnstitutu 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul elan edir
Apr 19, 2024 | 12:40 Elanlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən Elm və Təhsil Nazirliyinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutu  fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Sənəd qəbulu 16 aprel 2024-cü il tarixindən 15 may 2024-cü il tarixinədək həyata keçiriləcək.

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura: 2 yer

2303.01 “Kimya, qeyri-üzvi kimya” ixtisası üzrə - 1 yer

2206.01  “Fizika, Molekulyar fizika” ixtisası üzrə  - 1 yer

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər Ekologiya və Təbii Ehtiyatlar İnstitutuna  təqdim edilməlidir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).

Qeyd: Doktorantura və dissertanturaya sənəd qəbulu, eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada aparılacaq. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə sənəd qəbulu 16 aprel 2024-cü il tarixi, saat 11:00-dan 15 may 2024-cü il tarixi, saat 18:00-dək həyata keçiriləcək. Portal ilə bağlı əlavə məlumat almaq üçün elmi müəssisənin təhsil şöbəsinə müraciət etmək olar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023