AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar
Apr 19, 2024 | 10:30 Mühüm hadisələr

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə 5 № -li Təhsil Mərkəzinin tələbələri Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.

Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Tofiq Sadiqov və Ağac kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri pedaqoqika üzrə fəlsəfə doktoru  Mehriban Qafarova tələbələrə təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri barədə, sahənin elmi potensialının gücləndirilməsi istiqamətində, eləcə də gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib.

Təcrübə sahəsində biomüxtəlifliyin bərpası, mühafizəsi, səmərəli istifadəsi, iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsiri istiqamətinə uyğun elmi-tədqiqat işləri aparılır.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə 5 №-li Təhsil Mərkəzinin tələbələri institutun alim və mütəxəssislərinin müşayiətilə sözügedən müəssisənin Təcrübə sahəsində həyata keçirilən elmi-tədqiqat işləri ilə yaxından tanış olaraq, nəzəri və praktiki biliklərə yiyələnirlər. Onlara herbarinin hazırlanması və saxlanılması, bitkilərdən bioloji fəal maddələrin alınması, metodlar öyrədilir. İstehsalat təcrübəsi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə 5 №-li Təhsil Mərkəzi ilə Dendrologiya İnstitutu arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023