AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Apr 18, 2024 | 12:35 Mühüm hadisələr

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu arasında elmi və elmi-təşkilati fəaliyyətə dair müqavilə imzalanıb.

Sənədi Qazaxıstan Respublikası Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı və Vəhşi Təbiət Komitəsinin “Botanika və Fitointroduksiya İnstitutu” təsərrüfat idarəetmə hüquqlu Respublika Dövlət Müəssisəsinin baş direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru, Qazaxıstan Milli Təbiət Elmləri Akademiyasının akademiki Sitpayeva Gulnara Tokbergenovna və Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova imzalayıblar.

Müqavilədə bitkilərin introduksiyası, bioloji biomüxtəlifliyin və dünya florasının mühafizəsi problemlərinin həllinin yeni introduksiya şəraitində öyrənilməsi, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi, bitki introduksiyası sahəsində uzunmüddətli və səmərəli birgə görüşləri nəzərə alaraq əlaqələrin qorunub saxlanması və möhkəmləndirilməsinə dair əməkdaşlıq yer alır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023