AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
16 Aprel Ümumdünya Bioloqlar günüdür !
Apr 16, 2024 | 09:00 Mühüm hadisələr

Biologiya həyat haqqında elm deməkdir. Canlı hər bir şeyi və onların həyati proseslərini öyrənən elmdir. Hər il aprelin 16-sı Bioloqlar Günü kimi qeyd olunur. Biologiya həyatın ilk yarandığı gündən etibarən necə inkişaf etdiyini, müxtəlifliyə təsir edən bəzi amilləri, dünyada mövcud müxtəlifliyin yayılmasını, həyat hadisələrini quruluş və fəaliyyətinə əsaslanaraq araşdıran, gələcək vəziyyəti ilə bağlı proqnozlar verən elm sahəsi kimi tanınır. Biologiya sahəsində səhiyyə sektorundan ətraf mühit və kənd təsərrüfatı sektoruna qədər geniş bir sahədə araşdırma və tətbiq işləri aparılır. Bayramınız mübarək əziz həmkarlar!!

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023