AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Fiziologiya İnstitutu 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
Apr 16, 2024 | 14:00 Elanlar

Elm və Təhsil Nazirliyinin  akademik Abdulla Qarayeva adına Fiziologiya İnstitutu Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul Planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura: - 2 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura: - 1 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (büdcə hesabına):

Elmlər doktoru hazırlığı üzrə doktorantura: - 3 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə  - 2 yer ( 1 yer qiyabi büdcə hesabına, 1  yer əyani ödənişli əsaslarla):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (qiyabi büdcə hesabına):

Elmlər doktoru hazırlığı üzrə dissertantura: - 2 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (ödənişli əsaslarla):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (büdcə hesabına):

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq).

Tel.: (+994 12) 432 98 99

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023