AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP 29) - Yaşıl dünya və İnsan sağlamlığı” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcək
Apr 16, 2024 | 17:00 Elanlar

 

3-5 İyun 2024-cü il tarixlərində Naxçıvan şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP 29) - Yaşıl dünya və İnsan sağlamlığı” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcəkdir. 

KONFRANSIN  İSTİQAMƏTLƏRİ 

  • Naxçıvan  MR-in bioloji müxtəlifliyinin  müasir vəziyyəti  və istifadə imkanları
  • Quraq ərazilərdə biomüxtəlifliyin qorunması və davamlı istifadəsi 
  • Otlaq və biçənəklərin bərpasında mövcud yanaşmalar, sistemli otarılma  və bəslənmə
  • Flora və faunanın şəhərlərə qaytarılması və onların qeyri-rəsmi öyrənmə imkanlarının genişləndirilməsi
  • Yaşıl yaşayış üçün arid torpaqların biomüxtəlifliyinin qorunması və istifadəsi 
  • Faydalı bitkilərin öyrənilməsi,  xalq təbabəti və etnobotanikanın səmərəli istifadəsi 
  • Dərman, aromatik və qida bitkilərinin biokimyası, biotexnologiyası və bioloji fəal maddələr 
  • Soyuq qış yarımsəhralarında biomüxtəliflik və ekosistem xidmətləri 
  • İntroduksiya və faydalı bitkilərin becərilməsinin sənaye əhəmiyyəti 
  • Quraq torpaqlarda biomüxtəlifliyin qorunması ilə bağlı problemlər və həllər 
  • Vətəndaş elmi vasitəsiləəkin sahələrinin biomüxtəlifliyinin monitorinqi

 Konfransın açılış mərasimi

               3 iyun 2024-cü il

                Təbriklər: 

               1300- 1400                              Nahar

               1400- 1700                              Plenar iclaslar

 

               4 iyun 2024-cü il

               900- 1300                                 Seksiyalar üzrə müzakirələr

               1300- 1400                               Nahar

               1400- 1700                              Seksiyalarda müzakirələrin davamı

               1700- 1800                               Seksiyalarda müzakirələrin yekunlaşması

 

               5 iyun 2024-ci il

               800      Təbiətə ekskursiya və konfrans iştirakçılarının yola salınması

 

 

Konfransa materiallar azərbaycan, rusingilis dilində təqdim oluna bilər. 

 

Tezislərin tərtibat qaydaları və tələblər: Mətn A4 formatında (210x297 mm), MS Word proqramında, Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü -12; sətirlərarası interval – 1; kənardan məsafələr: hər tərəfdən – 2 sm); Mətnin ümumi həcmi 1 səhifəni keçməməlidir; Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir; Tezisin adı ortadan böyük hərflərlə qalın şriftlə (Bold), hər növbəti sətirdən: müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı, işlədiyi və təhsil aldığı müəssisənin (doktorant və dissertantlar üçün) adı və ünvanı, ölkənin adı; korrespondent müəllifin e-ünvanı; mobil əlaqə nömrəsi qeyd olunmalıdır; Əsas mətn yeni abzasdan (abzas-1 sm) adi şriftlə başlanır. Tezislər elektron və çap formatlarında toplu şəkildə nəşr olunacaq.  

 

Redaksiya heyəti tərəfindən seçilmiş tezislərin məqalələri Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi tərəfindən nəşr olunan "Azerbaijan Journal of Botany" jurnalında (jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxil edilmişdir və məqalələr DOI ilə təmin olunur) dərc ediləcəkdir. Qaydalarla Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin internet saytından https://www.botanysociety.com.az tanış ola bilərsiniz.

 

Konfransda iştirak etmək üçün qeydiyyat vərəqi 15 may 2024-cü il tarixinə, konfrans materialları 1 iyun 2024–cü il tarixinə qədər təşkilat komitəsinin elektron poçtuna (nakhchivan100@gmail.com) əlavə qoşma faylla göndərilməlidir: 

 

 

Beynəlxalq Elmi-Praktiki Konfransda iştirak üçün qeydiyyat vərəqi

 

Soyadı, adı, atasının adı___________________________________________ ______________________________________________________________ 

Elmi dərəcəsi, adı və vəzifəsi________________________________________ _______________________________________________________________ 

İş yeri, __________________________________________________________ _________________________________________________________________

telefon ___________________________________________________________

e-mail ____________________________________________________________

Məruzənin adı_______________________________________________________ _________________________________________________________________ __________________________________________________________________ 

İstiqamətin adı _______________________________________________________

Məruzənin forması: şifahi, poster (qeyd etmək) ______________________________

 

 

 

Əlaqə məlumatları: Nigar Mürsəl qızı - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun elmi katibi, b.ü.f.d. E-mail:nigar_mursal@yahoo.com

Tel.: (+994) 12 502 44 80

 

Təşkilat komitəsinin ünvanı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Badamdar şossesi 40, Bakı, Azərbaycan, AZ 1004 və Naxçıvan Dövlət Universiteti, Universitet şəhərciyi, Naxçıvan Azərbaycan, AZ7012

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023