AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Mar 23, 2024 | 10:00 Mühüm hadisələr

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı və institutun direktor müavini aqrar elmlər üzrə fəlsəfə doktoru Sevil Süleymanova AR ETN Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunda olublar.

Qonaqlar institutun laboratoriyaları, aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr ilə tanış olublar.

Daha sonra Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında bitki biotexnologiyası və molekulyar fitopatologiya sahələrində qarşılıqlı maraq doğuran mövzular və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi müzakirə edilib, əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023