AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Dendrologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Apr 15, 2024 | 15:00 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi Surqut Dövlət Pedaqoji Universiteti və Özbəkistan Respublikası Elm, Təhsil və İnnovasiya Nazirliyi Mirzo Uluqbekov adına Özbəkistan Respublikası Milli Universitetlərinin birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikası Elmlər Akademiyasının birinci prezidenti Sitpayev Kanış İmantayeviçin anadan olmasının 125 illiyinə həsr olunmuş “Təbiət elmlərinin aktual problemləri” mövzusunda XII beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Beynəlxalq konfransda Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən b.ü.f.d., dosent Minarə Həsənova və institut əməkdaşları çıxış edib.

Beynəlxalq elmi konfransda işçi dilləri qazax, rus, ingilis dilləri olmaqla əyani və ZOOM vasitəsilə keçirilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023