AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Bir qrup alimə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı verilib
Mar 08, 2024 | 21:17 Mühüm hadisələr

Azərbaycanın yeni dövr tarixində qadınlar cəmiyyət həyatının siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və s. kimi sahələrində olduğu kimi, elmdə də özlərini yüksək səviyyədə göstərərək, bir sıra mühüm nailiyyətlər qazanıblar. Bu gün qadın alimlərimiz tədqiqatlarda və elmin idarə olunmasında fəal iştirak edir, Azərbaycan elminin və dövlətçiliyinin inkişafına öz dəyərli töhfələrini verirlər. Bu mənada, biologiya, aqrar və tibb sahələrində çalışan qadın alimlər və elm təşkilatçılarının fəaliyyəti AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

BTEB-in işində fəal iştirak edən bir qrup qadın alim və rəhbər şəxs – AR ETN Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AR ETN Dendrologiya İnstitutunun baş direktoru v.i.e. biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi katibi biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva, institutun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova, AR KTN Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova, AR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun assisenti tibb üzrə fəlsəfə doktoru, dosent Aynur Səfiyeva və AR Səhiyyə Nazirliyi İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bölmənin Fəxri fərmanları ilə təltif ediliblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023