AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Alimlər süni intellektə zəhərli nanohissəciklərin axtarışını öyrədiblər
Oct 09, 2023 | 15:00 Maraqlı məlumatlar

Xərçəng hüceyrələri üçün seçici olaraq zəhərli olan nanohissəciklərin müəyyən edilməsi məqsədilə süni intellektə müəyyən alqoritmlər öyrədilib.

Bu üsul uzun müddətdir nanohissəciklərin toksikliyini müəyyən etmək üçün istifadə olunurdu, lakin bu dəfə işdə genetik alqoritmdən istifadə edilib.

Qeyd olunur ki, yeni yanaşma təbii seleksiyaya bənzəyir. Eyni zamanda, yeni modelin göstəriciləri analoqlarını üstələyib. İxtira sayəsində nanohissəciklərin hüceyrələrə toksiklik dərəcəsi faizlə nümayiş etdirilib.

Qeyri-üzvi nanohissəciklərin xərçəng hüceyrələrinə dərman çatdırmağa kömək etdiyi və dərmanın sağlam hüceyrələrə mənfi təsirini azaltdığı məlumdur. Ancaq bir nüans var - bəzi maddələr həm xərçəng, həm də sağlam hüceyrələr üçün eyni dərəcədə zəhərlidir. Proses həm də qiymət və sürət baxımından fərqlənir.

Öz növbəsində, ITMO Universitetinin alimləri öz işlərində süni intellektdən istifadə ediblər. Tədqiqatçılar nanohissəciklərin ölçüsünə, yükünə, həmçinin tərkibinə və səthinin xüsusiyyətlərinə əsaslanaraq onların toksikliyini tanımaq üçün sistemi öyrədiblər.

Yeni yanaşma nümunələr üzərində sınaqdan keçirilib. Ümumilikdə, müxtəlif növ nanohissəciklərlə 3700 eksperimentin nəticələrinə malik verilənlər bazası tədqiq edilib, həmçinin normal və xərçəng hüceyrələrinin 75 xətti üzərində sınaqdan keçirilib.

Mütəxəssislərin fikrincə, yeni tədqiqat alimlərə mövcud dərmanların yan təsirlərinin qarşısını almaqla yanaşı, yeni xərçəng dərmanlarının hazırlanmasında da kömək edəcək.

aztibb.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023