AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfrans və Azərbaycan fizioloqlarının konqresi keçiriləcək
Oct 11, 2023 | 12:10 Elanlar

30-31 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda Beynəlxalq konfrans və Azərbaycan Fizioloqlarının VI Konqresi keçiriləcək.

Tədbirin mövzuları:

- Görmənin neyrofiziologiyası

- Görmənin patoloji və kliniki biokimyası

- Görmə patologiyasının molekulyar mexanizmləri

- Peşə patologiyaları

- Görmə və ətraf mühit faktorları

-  Görmə sistemi və neyrodegenerativ proseslər

- Kliniki fiziologiya. Molekulyar və translyasion tibb

- Neyrofiziologiya, koqnitiv proseslər və ali sinir fəaliyyəti

- Neyrokimya 

- Herontologiya və heriatriya

- Ekoloji fiziologiya. Radiasiya fiziologiyası

- Görmə orqanının fiziologiyası və peşə patologiyası

Tədbirin dili: Azərbaycan, ingilis, rus

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Tezisin mətni:

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1 olmaqla, şəkilsiz və cədvəlsiz, ən çoxu 2 səhifə həcmində olmalıdır.

Abzaslar (1 sm) arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxıldıqdan sonra növbəti sətirdə ortadan baş hərfləri böyük olmaqla kursivlə tezisin müəlliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxıldıqdan sonra növbəti sətrin əvvəlindən kursivlə hər müəllifin iş yeri, bir sətir aşağıda korrespondent müəllifin e-mail ünvanı verilir.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas – 1 sm) adi şriftlə əsas mətn başlanır.

 

Ədəbiyyat siyahısı verilmir.

Vacib qeydlər:

- Tezislər orijinal tədqiqat işinin nəticələrini əhatə etməlidir.

- Qaydalara uyğun hazırlanmayan (nümunəyə bax), internet materiallarından ibarət olan, redaktə edilməmiş tezislər qəbul olunmayacaq və nəşr edilməyəcəkdir.

- Tezislər konfransda mütləq ya canlı, ya da poster formasında təqdim edilməlidir.

- Tezisin altında konfransda təqdimatla çıxış edəcək həmmüəllif göstərilir.

- Tezislərin qəbulu üçün son tarix – 20 oktyabr 2023-cü ildir. Nümunə ilə buradan tanış ola bilərsiniz.

Konqres üzrə: physiol.congress@gmail.com

Beynəlxalq konfrans üzrə: konfransbteb@gmail.com

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023